Podolyak Qrossini kəskin tənqid etdi

Podolyak Qrossini kəskin tənqid etdi

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak MAQATE-nin baş direktoru Rafael Qrossini Kiyevin Zaporojye AES-dəki təhlükəli vəziyyətlə bağlı mövqeyini bölüşmədiyi üçün kəskin tənqid edib. SİA xəbər verir ki, Podolyak telekanallardan birində çıxışı zamanı bu mövzuya toxunub.

"Ukrayna davamlı olaraq AES-dəki risklərdən danışdıqdan sonra dünya artıq bir az fərqli reaksiya verir. Bir nəfərdən başqa - Qrossi. Kifayət qədər gözəl ardıcıllıqla, ironiya ilə deyirəm, Qrossinin subyekti deyir ki, heç bir risk yoxdur, biz risk görmürük", - Podolyak bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə