Fransada yol patrulunun tələblərinə tabe olmayan 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkəni bürümüş iğtişaşlar zamanı 150-yə yaxın poçt şöbəsi zədələnib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ciddi ziyan dəydiyi üçün 80 filial hələ də bağlı qalır.
İğtişaşlar zamanı ən azı 370 bank şöbəsinə də ziyan dəyib. Təsirə məruz qalan filiallarının 40%-i İl-de-Frans bölgəsində yerləşir.
Qeyd edək ki, bundan əvvəl Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri iğtişaşçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB