Medvedev isə Ukraynanın mülki rus əhaliyə hücumdan narazılıq edir...

Medvedev isə Ukraynanın mülki rus əhaliyə hücumdan narazılıq edir...

...Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhədyanı rayonlarına, eləcə də mülki əhaliyə hücum cəhdlərindən əl çəkmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev çıxış edib.

Dmitri Medvedev bildirib ki, Ukrayna qoşunları Rusiyanın sərhədyanı rayonlarına eləcə də bu rayonlardakı dinc əhaliyə hücum edərək insanları terrorla qorxutmağa çalışır.

...Dinc ruslara qarşı kobudcasına hücum edən ukraynalı nasistlər üçün “heç bir mənəvi maneə” yoxdur. Onlar ölkəmizin sərhədyanı rayonlarına kin səpərək, dinc əhaliyə hücum edir, insanları mərmi və terrorla qorxudurlar.

Qeyd edək ki, RİA Novosti bunu da Medvedyevdən sitat gətirib.

Rusiyalı siyasətçi, Belqorod vilayətinin evakuasiya edilmiş sakinlərinə dəstək verilməsi və onlara humanitar yardımın göstərilməsi məsələsi hələ də gündəmdə olduğunu bildirib.

Xatırladaq ki, xüsusi hərbi əməliyyat başlayandan Rusiyanın sərhədyanı rayonları Ukrayna Silahlı Qüvvələri tərəfindən davamlı olaraq atəşə tutulub. Onların arasında Belqorod, Kursk və Bryansk vilayətləri var.

P.S: Xarkov vilayətinin Pervomayski şəhərində Rusiyanın raket zərbəsi nəticəsində 9-u uşaq olmaqla 31 nəfər yaralanıb. Sonradan 10 aylıq körpə və bir yaşlı uşaq ölüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə