...Və nəhayət ki, susqunluğunu pozan Fransa prezidenti Emmanuel Makron ölkədə baş verən iğtişaşlara münasibət bildirib.
“...Biz qarşıdakı günlər və həftələr üçün diqqətli olmalıyıq, lakin gördüyünüz kimi, iğtişaşların pik həddi keçib”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu dövlət başçısı Yelisey sarayında kommunaların merləri ilə görüşündə deyib.
BFM TV xəbər verir ki, Fransa lideri ilə görüşdə etirazlar nəticəsində bələdiyyələri zərər çəkmiş 220-dən çox bələdiyyə sədri iştirak edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl bəzi saytlar Fransada etirazların yeni mərhələyə qədəm qoyduğunu yazmışdı. Onu da qeyd edək ki, yürüşü bir neçə şəhərdən keçən millətçilər sonradan miqrantlarla toqquşmaya qalxıblar.
Yeri gəlmişkən, iğtişaşlar fonunda Emmanuel Makron Paris polisinin baş qərargahında da olub və hüquq-mühafizə orqanları əməkdaşlarına xidmətlərinə görə təşəkkür edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB