Çin açıq şəkildə xarici siyasi qüvvələrdən asılı olmayan birləşmiş və güclü Asiyanın dirçəldilməsinin zəruriliyini bəyan etdi. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Çin, Cənubi Koreya və Yaponiyanın üçtərəfli forumunda Çinin baş diplomatı Vanq Yi deyib.
O, xalqlarının ortaq dəyərlərini, mədəniyyətini və tarixini vurğuladı. Qərbli həmkarları haqqında isə o qeyd edib ki, onlar hətta çinliləri, yaponları və koreyalıları bir-birindən ayıra bilmirlər.
Bütün bunların fonunda Avropa diplomatiyasının rəhbəri Josep Borrell münasibətləri yaxşılaşdırmaq üçün gələn həftə Pekinə uçur. Görünür, o, ABŞ dövlət katibinin əvvəlki və çox da uğurlu olmayan səfərinin nəticələrini düzəltməyə çalışacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB