...“Novaya qazeta”nın jurnalisti Yelena Milaşina hücumdan sonra ilk müsahibəsini verib.
Milaşinanın Şimali Osetiyanın Beslan şəhərindəki xəstəxanada lentə alınan söhbətdə o, baş verənlərin təfərrüatları və hazırkı vəziyyəti haqqında danışıb.
SİA rusiyalı jurnalistin sözlərinə istinadən, hücum edənlərin onu və vəkil Aleksandr Nemovu elə Qroznı hava limanında gözlədiklərini deyib.
...Çoxlu sayda təhlükəsizlik kamerası olmasına baxmayaraq, onlar üzlərini gizlətməyiblər.
Beləliklə, Milaşinanın dediyinə görə, onlar Qroznı hava limanına enəndən sonra dərhal taksi çağırıb şəhərin mərkəzinə getmək istəyiblər. Amma 500 metrdən sonra onları bir neçə avtomobil ötüb keçib. Jurnalist onlardan birinin - "Toyota Camry"nin markasını xatırlayır.
Hücum qurbanının sözlərinə görə, on-on beş nəfər maşınlardan tullanıb, Milaşina və Nemovu zorla maşınlarından birinə mindirib, yaxınlıqdakı dərəyə aparıblar və orada onları sərt şəkildə döyməyə başlayıblar.
Vəkil ayağından bıçaqlansa da, jurnalisti barmaqlarını kəsməklə hədələyiblər.
Xatırladaq ki, Yelena Milaşina və Aleksandr Nemov Çeçenistan fəallarının və Ramzan Kadırovun tənqidçilərinin anası Zarema Musaevanın, Yanqulbayev qardaşlarının eləcə də hakim Saydi Yanqulbayevin həyat yoldaşına oxunacaq hökmə görə Çeçenistana uçublar.
Qeyd edək ki, Ramzan Kadırov keçən il, guya Yanqulbayevlər ailəsinin bəzi üzvlərinin “terrorçuluğa və ekstremizmə çağırışlar etdiyini”, onlarən saxlanılıb cəzalandırılmalarını, “müqavimət etsələr, terrorçuların ortaqları kimi məhv edilmələrini demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB