“Rusiya Ukrayna vətəndaşını Gürcüstanın əli ilə öldürür”

Gürcüstan Kiyevin Saakaşvili ilə bağlı qərarını müdaxilə adlandırıb
“Rusiya Ukrayna vətəndaşını Gürcüstanın əli ilə öldürür”

Gürcüstan Xarici İşlər Nazirliyi Kiyevin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətlə əlaqədar Gürcüstan səfirini məsləhətləşmələr üçün Tbilisiyə göndərmək qərarını daxili işlərə müdaxilə kimi qiymətləndirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda qeyd edildiyi kimi, Tbilisi Ukrayna rəhbərliyinin hərəkətlərindən dərin narahatdır və hesab edir ki, Kiyevin addımı “dost dövlət və xalqa qarşı yönəlib”. Eyni zamanda sənəddə bildirilir ki, iyulun 4-də Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstan səfiri Georgi Zakaraşvili Tbilisinin rəsmi mövqeyini təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski bir gün əvvəl Mixail Saakaşvilinin müalicə üçün Ukraynaya getməsinə icazə verilməsini tələb edib. Zelenski tələbində Saakaşvilinin Ukrayna vətəndaşlığı olduğunu xatırladıb.

Eyni zamanda, Zelenskinin Xarici İşlər Nazirliyinə Gürcüstanın Kiyevdəki səfirini çağırmağı və bu məsələ ilə bağlı məsləhətləşmələr üçün Tbilisidə 48 saat ərzində Ukraynanı tərk etməyi tapşırdığı bildirilib.

Xatırladaq ki, Vladimir Zelenskinin açıqlamasına səbəb bazar ertəsi Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası olub.

Gürcüstanın eks-prezidenti orada “Vivamed” klinikasından videobağlantı vasitəsilə iştirak edib. Videoda Saakaşvili həddindən artıq arıq görünüb.

Zelenski tvitter Rusiyanın Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürdüyünü yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə