“Cəbhəyə getmək növbəsi əlillərindir?!”

Rusiyada yaralılar yenidən döyüşə göndərilir
“Cəbhəyə getmək növbəsi əlillərindir?!”

Səfərbərlik və müqaviləli əsgərlər nəinki müalicə olunmadan, hətta bədənlərindəki qəlpələr tam şıxarılmadan onları cəbhəyə qaytarılırlar.

Eyni zamanda, hərbi həkim komissiyaları onlara xəsarətlərə görə pul ödəməkdən də imtina edirlər. Əsgərlər və onların yaxınları müalicə üçün özəl klinikalara, ədalət üçün isı məhkəmələrə üz tuturlar. Amma onların bütün iddialarından indiyə qədər yalnız biri uğurlu olub.

SİA-nın əldə etdiyi məlumata görə, 42 yaşlı ehtiyatda olan zabit Aleksandr 2022-ci ilin oktyabrında Sankt-Peterburqdan səfərbər edilib.

Dekabrda isə cəbhəyə göndərilib. Mart ayında qəlpə yarası alıb. Yarası o qədər ağır olub ki, onu Moskvadakı Müdafiə Nazirliyinin xəstəxanasına aparıblar.

Vəziyyəti ağır olduğu üçün hərbçinin həyat yoldaşı məzuniyyət götürərək ərinə müalicə etmək üçün xəstəxanada qalmalı olub.

Bir müddət müalicə alan rusiyalı hərbçiyə xəstəliyi ilə bağlı cəbhəyə yararsız kateqoriyası verilib.

Amma bir həftə sonra hərbi həkim komissiyası rusiyalı hərbçini “cəbhəyə uyğun” kimi tanıyıb.

Maraqlıdır ki, hərbçinin sinəsindəki qəlpəni çıxarmağın indiki məqamda təhlükəli olacağına qərar veriblər.

Ona görə də qəlpəni çıxarmağın münasib vaxtına qədər ona cəbhəyə getmək əmri verilib.

Hazırda hərbçininn həyat yoldaşı məsələ ilə bağlı məhkəmə qapılarındadar.

Yeri gəlmişkən, Sankt-Peterburqlu hərbçi kimi, həkimlərin qəlpəni bədənindən çıxarmaqdan imtina edib onu yenidən cədhəyə yönləndirən,.. səfərbər Ramil Zolmuxanbetov da məhkəməni gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə