Ukraynada əks-hücum strategiyasında dəyişiklik edir...

Ukraynada əks-hücum strategiyasında dəyişiklik edir...

Ukrayna Silahlı Qüvvələri əks-hücum strategiyasını dəyişib. Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov öz Twitter səhifəsində bildirib.

O, hazırda əsas vəzifə kimi canlı hərbi qüvvə və texnikanın maksimum məhv edilməsini göstərib.

Danilov, Ukrayna Silahlı Qüvvələrinin sakit, ağıllı, addım-addım hərəkət etdiyini bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi: “Nə qədər çox dağıdılıbsa, bir o qədər azad edilir”-deyə bildirib.

Bu arada Avstriya Silahlı Qüvvələrinin polkovniki Markus Raysner də Ukrayna ordusunun taktikasının dəyişməsindən danışıb.

Maraqlıdır ki, o, cəbhədəki vəziyyətin Amerika futbol oyununu xatırlatdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, rus saytları Qərb ölkələrinin əks-hücum məsələsində Ukrayna Silahlı Qüvvələrinin çox ləng irəliləməsindən əsəbi olduqlrını yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə