MiQ-31 Kamçatkada qəzaya uğrayıb

MiQ-31 Kamçatkada qəzaya uğrayıb

Çərşənbə axşamı Kamçatkada MiQ-31 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Sakit Okean Donanmasının informasiya departamenti bildirib.

Hazırda ekipajın taleyinin məlum olmadığı və onların axtarıldığı deyilir. Qeyd edildiyi kimi, qəza Avaça körfəzi üzərində baş verib.

Təyyarənin hərbi sursatsız olduğu deyilir.

Qeyd edək ki, bundan əvvəl, aprel ayında da MiQ-31-in qəzaya uğraması barədə məlumat yayılmışdı. Daha sonra Murmansk vilayətində də təyyarənin qəzaya uğradığı deyilirdi. Xatırladaq ki, son qəza, boş bir yerdə baş vermişdi.

RBC xatırladır ki, o vaxt hər iki pilot atıla bilmişdilər, daha sonra onlar axtarış-xilasetmə helikopteri ilə təxliyə edildilər.

Yeri gəlmişkən MiQ-31 iki yerlik uzaqmənzilli səsdən sürətli qırıcı-təyyarələrdir.

Yeri gəlmişkən, “İnterfaks”ın məlumatına görə, MiQ-31K –lər modifikasiyası hipersəsli ilk “Kindjal” raketlərinin daşıyıcısı olublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə