Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Qırğızıstanın Talas Dövlət Universitetində türk dili bölümü açılıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
TİKA-nın dəstəyi ilə yaradılan sinif otağının açılışı üçün mərasim keçirilib.
Mərasimdə iştirak edən Talas vali müavini Mira Seydikərimova Talas Dövlət Universitetində Türkiyə türkcəsi bölümünün açılmasından məmnunluğunu ifadə edərək “Yeddi xalqın, yeddi əcdadın dilini bil” qırğız atalar sözünü xatırladıb, dil öyrənməyin vacibliyini vurğulayıb.
Türk dili bölümünün tələbələrə böyük töhfə verəcəyinə inandığını bildirən M.Seydikərimova iki ölkə arasında dostluq əlaqələrini daha da artırmaq və belə tədris mərkəzlərinin daha çox açılmasını arzuladıqlarını bildirib.
Türkiyənin Qırğızıstan səfiri Əhməd Sadıq Doğan da Türkiyə və qırğız türkcələrinin bir-birinə bənzədiyini söyləyib və deyib: “Qırğızıstanda türk dilini öyrənib sertifikat alan tələbələr əlavə dil təhsilinə ehtiyac olmadan Türkiyədəki universitetlərdə bakalavr, magistr və doktorantura təhsili ala biləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB