Çin Ticarət Nazirliyinin məlumatına görə...
Çin milli təhlükəsizlik və maraqların müdafiəsi ilə əlaqədar çip və elektronika istehsalı üçün istifadə edilən qalium və germanium metallarının ixracını məhdudlaşdırıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin məlumatına görə, “Milli təhlükəsizlik və maraqları qorumaq üçün qallium və germanium və onlarla əlaqəli materiallara ixrac məhdudiyyətinin qoyulması qərara alınıb. Qalium və germaniumun ixracından əvvəl müvafiq orqanlardan icazə tələb olunur. Məhdudiyyət avqustun 1-dən qüvvəyə minəcək”.
Qeyd edək ki, Çin dünyada qallium istehsalının 95 və qermanium isə 67 faizini təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB