Kobaxidze Ukraynanın mövqeyini Tbilisi üçün “təhqir” adlandırıb

Kobaxidze Ukraynanın mövqeyini Tbilisi üçün “təhqir” adlandırıb

SİA-nın dünən xəbər verdiyi kimi, məhbus Mixail Saakaşvilinin vəziyyəti ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə çağırılan Gürcüstanın bu ölkədəki səfiri “məsləhətləşmələr üçün” Tbilisiyə göndərilib.

Georgi Zakaraşvili Ukrayna prezidentinin adından Xarici İşlər Nazirliyinə çağırılıb və orada məhbus Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı ona kəskin etiraz edilib.

Belə ki, gürcü diplomata Mixail Saakaşviliyə bu cür münasibətin yolverilməz olduğu bildirilib.

Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı haqsözlıq etməyi dayandırmalıdır.

Məhz buna görə də, Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili mövcud vəziyyəti həll etmək və ya həll yollarını tapmaq üçün Tbilisiyə göndərilib.

Qeyd edək ki, Ukrayna tərəfi Mixail Saakaşvilinin müalicə və qulluq üçün Ukraynaya aparılması məsələsini dərhal müzakirə etməyə hazır olduğunu vurğulayıb.

Yeri gəlmişkən, “Gürcü arzusu”nun lideri İrakli Kobaxidze Ukrayna hakimiyyətinin qərarını şərh edərkən Kiyevin mövqeyini “təhqir” adlandırıb.

“...Lakin biz Ukrayna hakimiyyəti ilə birtərəfli dostluq rejimində olsa belə, qalmaq istəyirik, çünki bu ölkə hazırda müharibə vəziyyətindədir”.

Bunu da Kobaxidze bildirib.

Xatırladaq ki, Tbilisidə “Vivamed” klinikasında olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bu ilin fevralından bəri ilk dəfə məhkəmə iclasına uzaqdan qoşulub. Şəkillərindən də göründüyü kimi, o, həddindən artıq arıq görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə