Xarkov vilayətinin Pervomayski şəhərində Rusiyanın raket zərbəsi nəticəsində 9-u uşaq olmaqla 31 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Həlak olanlar arasında 10 aylıq körpə və bir yaşlı uşaq da var. Bunu vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov bildirib.
Raket zərbəsi nəticəsində şəhərdə 8 çoxmərtəbəli binanın şüşələri zədələnib. Bundan başqa, 4 avtomobil yanıb, daha bir avtomobil isə möhkəm zədələnib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB