Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr beynəlxalq səhnədə hegemonizm və güc siyasətinə qarşı durmalıdır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Çin sədri Si Tsinpin Şanxay Əməkdaşlıq Təşkilatı sammitində deyib.
Sammitdə iştirak edən Çin lideri deyib: "Çoxtərəfliliyi həyata keçirmək və qlobal idarəetməni incə tənzimləmək lazımdır; biz ümumi bəşəri dəyərləri müdafiə etməli, BMT mərkəzli beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını müdafiə etməli, hegemonizm və güc siyasətinə qarşı durmalıyıq".
Çin lideri ŞƏT ölkələrini qlobal menecmentin inkişafına kömək etməyə və beynəlxalq sülhə, qlobal inkişafa və dünya nizamının qorunmasına birgə töhfə verməyə çağırıb.
Sammitdə ŞƏT-ə üzv olan bütün dövlətlər iştirak edib. Sammitin qonaqları arasında həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Birləşmiş Millətlər Təşkilatı (BMT), Qarşılıqlı Fəaliyyət və Etimad Konfransının, Asiyada (CICA) və Müstəqil Dövlətlər Birliyində (MDB) Quruculuq Tədbirləri rəhbərləri də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB