“Makron öz məkrli niyyətlərini davam etdirir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Makron öz məkrli niyyətlərini davam etdirir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransada baş verən iğtişaşlar insan hüquq və azadlıqlarının pozulmasıdır. Cərəyan edən hadisələr birbaşa olaraq Fransa prezidenti Makronun səriştəsizliyi, dövlət, hakimiyyət və xalq arasında olan uçurumlarla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, 17 yaşlı əlcazirli şəxsin öldürülməsi qeyri-fransızlar arasında böyük narazılığa səbəb oldu və sosial partlayış baş verdi: “Xüsusilə qeyd etmək lazımdır ki, əhalisinin 22 faizi qeyri-fransızlardan ibarət olan Fransa dövlətində miqrantlara çox sərt və kəskin münasibət hökm sürür. Bütün sahələr üzrə olan çatışmazlıqlar bu gün özünü aydın şəkildə göstərir. Daxili və xarici siyasətdə olan uğursuzluqlar da aksiyalar və nümayişlərdə özünü göstərməkdədir.

Düşünürəm ki, Afrika və Yaxın Şərqdə itirilən mövqelərin doldurulması cəhdlərini edən Fransa yaxşı olardı ki, daxildə olan problemlərin aradan qaldırılmasına diqqət etsin. Bəzi ekspertlərin bildirdiyinə görə, vətəndaş qarşıdurması və müharibəsi hazırki proseslərin başlanğıcı ola bilər. Cəsarəti olan lider şübhəsiz ki, bu ciddi qarşıdurmalarda vəzifədən gedərdi. Lakin biz görürük ki, Makron öz məkrli niyyətlərini davam etdirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə