Tanınmış araşdırmaçı jurnalist Yelena Milaşina Rusiyanın Çeçenistan Respublikasında məhkəməyə gedərkən maskalı şəxslər tərəfindən şiddətlə döyülüb və barmaqları sındırılıb. SİA BBC-yə istinadən xəbər verir ki, Milaşina keçmişdə Çeçenistanın lideri Ramzan Kadırovdan ölüm təhdidləri də alıb. O, vəkil Aleksandr Nemovla birlikdə səyahət edərkən hücuma məruz qalıb.
Onlar Kadırovun mühacirətdə olan üç tənqidçisinin anasına verilən həbs cəzası ərəfəsində hava limanına gəlmişdilər. 2022-ci ilin yanvarında Rusiyanın qərbindəki mənzilində Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən siyasi motivlərlə saxlanılan Zarema Musayevaya məhkəmədə 5 il yarımlıq həbs cəzası verilməsinin şahidi olmaq üçün paytaxt Qroznıya gedərkən onların avtomobili saxlanılıb.
"Novaya qazeta" qəzetinə yazan Yelena Milaşina Qroznıdakı xəstəxanada çeçen insan haqları rəsmisinə deyib: "Bu, adam oğurluğu idi. Onlar sürücümüzü maşından aşağı atdılar, əllərimi bağladılar, məni diz çökməyə məcbur etdilər və başıma tapança dayadılar”.
Jurnalistin daxili beyin zədəsi aldığını və barmaqlarının sındığı bildirilib.
Milaşina 2022-ci ilin fevralında Kadırov onu terrorçu adlandırdıqdan sonra bir müddət Rusiyadan qaçıb. O, 2020-ci ildə başqa vəkil Marina Dubrovina ilə birlikdə hücuma məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB