İtaliya rus oliqarxlarının aktivlərini dondurub

İtaliya rus oliqarxlarının aktivlərini dondurub

İtaliya Rusiyanın ötən il Ukraynaya hücumundan sonra rus oliqarxlarının təxminən 2 milyard avro (2,5 milyard dollar) dəyərində aktivlərini dondurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Bankı bildirib.

İtaliya Avropa İttifaqının Kremlə və onun himayədarlarına qarşı sanksiyaları çərçivəsində bank hesabları, dəbdəbəli villalar, yaxtalar və avtomobillər də daxil olmaqla aktivlərə məhdudiyyət qoyub. İtaliya Bankının çirkli pulların yuyulması ilə mübarizə bölməsi (UIF) illik hesabatında 2 milyard avroluq rəqəmin iyunun sonuna qədər yeniləndiyini bildirib.

UIF direktoru Enzo Serata əlavə edib ki, sanksiya rejiminin bir hissəsi olaraq 80 şəxslə əlaqəli təxminən 330 milyon avro dəyərində maliyyə holdinqləri dondurulub.

Müharibə 2022-ci ilin fevralında başlamazdan əvvəl İtaliyanın çimərlikləri və limanları Komo gölü, Sardiniya, Toskana və Liquriya sahilləri kimi dəbdəbəli yerlərdə mülklər alan zəngin ruslar üçün məşhur "oyun meydançası" olub.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə