Çin Böyük Britaniyanın Honq-Konqdan qaçan səkkiz demokratiya tərəfdarına sığınacaq verdiyini iddia edir. SİA BBC-yə istinadən xəbər verir ki, London səfirliyinin bəyanatı isə Böyük Britaniyanın Çinin İngiltərədəki və ya xaricdəki şəxsləri susdurmaq cəhdlərinə dözməyəcəyini bildirməsindən sonra gəlib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib: “Biz Pekini milli təhlükəsizlik qanununu ləğv etməyə və Honq Konq hakimiyyətini azadlıq və demokratiya müdafiə edənləri hədəf almağa son qoymağa çağırırıq”.
Pekin 2020-ci ildə genişmiqyaslı milli təhlükəsizlik qanunu tətbiq etdikdən sonra səkkiz qaçaq Britaniya ərazisini tərk edib.
Honq-Konqun baş icraçı direktoru Con Li, onların ömürlük təqib ediləcəyini söyləyib. O, qaçaqları təslim olmağa çağırıb, əks halda günlərini qorxu içində keçirəcəklərini bildirib.
Çinin Londondakı səfirliyinin sözçüsü isə deyib: "Britaniya siyasətçiləri açıq şəkildə qaçaqlar üçün müdafiə təklif etdilər. Bu, Hong Kongun qanunun aliliyinə və Çinin daxili işlərinə kobud müdaxilədir".
Qeyd edək ki, fəalların həbsi üçün 1 milyon HK dolları (127,637 dollar) mükafat təklif edilib. Elanda adı çəkilən səkkiz nəfərin hamısı Böyük Britaniya, ABŞ və Avstraliyada - Çinlə ekstradisiya müqaviləsi olmayan ölkələrdədir.
Honq-Konqdan qaçan bir demokratiya tərəfdarı BBC-yə bildirib ki, həbsi üçün təklif edilən mükafatlar səbəbindən həyatı daha təhlükəli hala düşüb.
Hədəf alınan səkkiz fəal xarici qüvvələrlə sövdələşmədə günahlandırılır - bu, ömürlük həbs cəzası verilə biləcək bir cinayətdir. Qanuna əsasən, Honq-Konqda yüzlərlə demokratiya tərəfdarı həbs edilib və məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB