Böyük Britaniyanın sədirliyi ilə BMT Təhlükəsizlik Şurasında islahatlar aparılacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın Nyu-Yorkdakı baş qərargahında iyul ayı ərzində TŞ-ın gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səfir bildirib ki, ay ərzində Böyük Britaniyanın sədirliyi ilə BMT TŞ-da islahatların aparılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub: “Ay ərzində TŞ-da islahatların aparılması ilə bağlı fəaliyyətlərimiz olacaq.
Belə ki, Şuraya rəhbərlik edən ölkələrlə bağlı coğrafi təmsilçilərdə bəzi çatışmazlıqların olduğunü düşünürük. Xüsusi ilə Afrika ölkələrinin Şurada təmsil olunmaları ilə bağlı çatışmazlıqlar mövcuddur. Bunun aradan qaldırılması istiqamətində çalışacağıq və bir çox müzakirələrimiz və təkliflərimiz olacaq.
Diplomat qeyd edib ki, ay ərzində Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə ilə bağlı da Şurada dinləmələr keçiriləcək və bölgədə cərəyan edən hadisələr gündəmdə olacaq.
Bununla yanaşı, Birləşmiş Krallığın rəhbərliyi ilə iyul ayı ərzində süni intellektlə (AI) bağlı xüsusi iclas keçiriləcək. Səfir süni intellektin sülh və təhlükəsizliyi təhdid etdiyini və nüvə silahlarının bu fəaliyyətin tərkib hissəsi olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB