Sankt-Peterburqda beşmərtəbəli bina yanıb

Sankt-Peterburqda beşmərtəbəli bina yanıb

Sankt-Peterburqun Vasileostrovski rayonunda beşmərtəbəli inzibati binada yanğın baş verib. Bu barədə Şimal paytaxtının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi Telegram kanalında məlumat yayıb.

Yanğın Sevkabel limanının ictimai sahəsinin yaxınlığında, Kojevennaya xətti 34 ünvanında yerləşən binanın çardağında baş verib.

İdarədən dəqiqləşdiriblər ki, yanğınla bağlı məlumat saat 20:53-də daxil olub. Yanğın sahəsi ilk olaraq 80 kvadratmetr ərazini əhatə edib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

SİA-nın REN TV-dən əldə etdiyi məlumata görə, daha sonra yanğın 500 kvadratmetr ərazini əhatə edib.

Yeri gəlmişkən, bundan bir qədər əvvəl Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda, Maqnitoqorskaya küçəsi, ev 51-də bina yanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə