NATO-nun şimal cinahında hərbi infrastruktur gücləndirilib

NATO-nun şimal cinahında hərbi infrastruktur gücləndirilib

Bu arada “Reuters” agentliyi Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasından sonra Rusiyanı cilovlamaq üçün NATO-nun müdafiə tədbirlərinin icmalını dərc edib.

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, NATO Rusiyanın aqressiv istəklərinə cavab olaraq Şimaldakı strategiyasını dəyişir.

Belə ki, Finlandiyanın alyansa qoşulması NATO müttəfiqləri üçün Rusiyaya qarşı mühafizə siyasətinə yeni və görünməmiş imkanlar açır. Diplomatlar və hərbi ekspertlər burada söhbətin ilk növbədə infrastruktur layihələrindən getdiyini bildiriblər.

Belə layihələrdən biri də İsveçlə sərhəddə yerləşən Tornio bölgəsində dəmir yolunun modernləşdirilməsi olub.

Qeyd edək ki, burada iş gələn il başa çatdırılmalıdır ki, bu da Atlantik regionundan müttəfiq qüvvələrin silah və texnikanı Finlandiyanın ən şimal şəhəri olan Kemijarvi bazasına, yəni Rusiya sərhədindən bir saat və Murmanskdan yeddi saatlıq bazaya köçürməsini asanlaşdıracaq.

Onu da qeyd edək ki, Kola yarımadasında yerləşən qüvvələr arasında 27 sualtı qayıq, 40-dan çox döyüş gəmisi, 80-ə yaxın döyüş təyyarəsi və nüvə başlıqları, raket anbarından ibarət Rusiyanın Şimal Donanması da var.

... NATO ilə münaqişə yaranarsa, Şimal Donanmasının əsas vəzifəsi Barents dənizinə nəzarət etmək və Qrenlandiya, İslandiya və Böyük Britaniyanı əhatə edən sular vasitəsilə Şimali Amerikadan Avropaya hərbi yüklərin çatdırılmasının qarşısını almaq olaraq qalacaq.

“Reuters” agentliyinin araşdırmasına görə, bu, Finlandiyanın NATO müttəfiqlərinə göstərə biləcəyi dəstəyin yalnız bir nümunəsidir.

Xatırladaq ki, bir müddət bundan əvvəl, yəni mayın 27-dən iyunun 2-dək 1000-ə yaxın ABŞ, Böyük Britaniya və Norveç hərbçiləri, İsveçlə Finlandiyanın 6500 əsgər və zabiti ilə birgə “Şimal Meşə” manevrləri keçiriblər.

Demək lazımdır ki, bu, Arktika Dairəsindən kənarda Finlandiyada ən böyük quru qoşunlarının təlimi idi. “Reuters” xəbər verir ki, manevrlərə müxtəlif təyinatlı minə yaxın hərbi texnika cəlb olunub.

Yeri gəlmişkən, həmən ərəfədə “borclu qalmaq istəməyən” ruslar da sərhədlərindən iki saatlıq məsafədə, Finlandiyanın şimalında artilleriya təlimi keçirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə