İlon Mask son altı ayda ən çox pul qazanan insanların reytinqində birinci yeri tutub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb.
“Tesla”nın yaradıcısı, “SpaceX” və tviterin sahibi İlon Mask bu müddət ərzində 96,6 milyard dollar qazanıb. İkinci yeri 58,9 milyard dollar gəlirlə “Meta”nın təsisçisi Mark Zukerberq tutub. Növbəti yerlərdə isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison və LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb.
Agentliyin məlumatına görə, dünyanın ən zəngin 500 adamı 2023-cü ilin birinci yarısında ümumilikdə 852 milyard dollar qazana bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB