“Axmat” xüsusi təyinatlı dəstələrindən birinin komandiri Yevgeni Pisarenko xüsusi hərbi əməliyyat zonasında ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xüsusi təyinatlıların komandiri və Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi Apti Alaudinov öz Teleqram kanalında yazıb.
“...Belə bir qəhrəmanı, böyük ürəkli bir insan yetişdirən valideynlərə təşəkkür edirəm!”.
Alaudinov yazıb bunu.
Qeyd edək ki, Kadırovun köməkçisi “Axmat” komandirinin ölümünün təfərrüatlarını açıqlamayıb.
Öz növbəsində hərbi komandir Dmitri Kulko Telegram-da hərbçinin ölümünü təsdiqləyib.
Onun sözlərinə görə, Pisarenko Stavropol çevik polisində xidmət edib, polkovnik rütbəsi alıb.
Xüsusi əməliyyat başlayandan sonra o, könüllü olaraq döyüş bölgəsinə yollanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB