Saakaşvilinin son görüntüləri sərt reaksiyalara səbəb olub

Saakaşvilinin son görüntüləri sərt reaksiyalara səbəb olub

Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür,

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə yazıb.

“Biz dəfələrlə rəsmi Tbilisini bu sui-istifadəni dayandırmağa və Saakaşvilinin Ukraynaya qaytarılması ilə bağlı razılığa gəlməyə çağırmışıq. Tərəfdaşlarımız Ukrayna ilə razılaşaraq müxtəlif xilasetmə variantları da təklif etdilər.

Mən bu gün Xarici İşlər Nazirliyinə tapşırdım ki, Gürcüstanın Ukraynadakı səfirinə zəng etsin, öz kəskin etirazımı bildirsin və ondan Tbilisi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməsini xahiş etsin.

Mən bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram. Mən tərəfdaşlarımızı bu vəziyyətlə məşğul olmağa çağırıram, buna göz yummamağa və bu şəxsi xilas etməyə çağırıram. Avropada heç bir hökumətin insanları edam etmək hüququ yoxdur, həyat əsas Avropa dəyəridir”

Qeyd edək ki, bunu Ukrayna lideri bildirib.

Yeri gəlmişkən bu gün Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də keçirilən mitinqin dağıdılması işi üzrə məhkəmə iclasında iştirak edib. Siyasətçi klinikadan videobağlantı vasitəsilə prosesə qoşularaq son dərəcə arıqlaşmış fiziki vəziyyətini nümayiş etdirib.

Və bu avropalı parlamentarilərlə yanaşı, müxalifətin də sərt reaksiyasına səbəb olub.

Amma hakim partiya bütün ittihamları rədd etməkdə davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə