Kubanda 82 yaşlı qadın rayon polisini “sifariş verib”

Kubanda 82 yaşlı qadın rayon polisini “sifariş verib”

Krasnodar sakini, təqaüddə olan qadın bir milyon rubl müqabilində polis məmurunun qətlinə “sifariş verərək” yerli polis əməkdaşı ilə “məşğul olmaq” qərarına gəlib.

Maraqlıdır ki, öləcək polisi iş yoldaşlarının təşkil etdiyi bacarıqlı səhnəcik xilas edib.

SİA-nın əldə etdiyi məlumata görə, Krasnodar sakini olan təqaüdçü cinayət axtarış şöbəsinin əməliyyatçısının öldürülməsini “sifariş verdi” və hətta bunun üçün silah da əldə edib.

Lakin 82 yaşlı qatil qatil olacaq qadının planları gerçəkləşməyib. Belə ki, Şəhər Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşların özləri həmkarının ölümünü səhnələşdirməklə bunun qarşısını alıblar.

Qeyd edək ki, qadının rayon polis məmurunu niyə sifariş verməsi ilə bağlı hələ ki, bir məlumat verilməyib.

Lakin reallıq budur ki, sifarişçi qadın icraçıya bir milyon rubl vəd etməklə yanaşı, ona lüləsi kəsilmiş ov tüfəngi də verib.

Cinayətin icraçısı hüquq-mühafizə orqanları əməkdaşları ilə “öldürdüyü” polis əməkdaşının yalançı şəkillərini çəkərək sifarişçi qadına çatdırıb. Və bundan sonra qadın həbs edilib.

Maraqlıdır ki, axtarış zamanı əməliyyatçılar nənənin arsenalına heyran qalıblar. Belə ki, onun arsenalından lüləsi mişarlanmış ov tüfəngindən əlavə döyüş sursatı və bıçaqlar, həmçinin 1,8 milyon rubldan çox pul tapılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə