Almanların ildə 1,5 milyon miqranta ehtiyacı var..?

Almanların ildə 1,5 milyon miqranta ehtiyacı var..?

İxtisaslı kadr çatışmazlığı probleminin öhdəsindən gəlmək üçün Almaniyaya ildə 1,5 milyon miqrant lazımdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu hökumət yanında İqtisadi Ekspertlər Şurasının sədri Monika Şnitser bildirib.

Kadrlara olan ehtiyacı ödəmək üçün Almaniyanın hakim koalisiyası Avropa İttifaqından kənar ölkələrdən olan ixtisaslı işçilərin işə götürülməsini asanlaşdırmaq qərarına gəlib.

Bunun üçün alman dilini bilən və ya nadir ixtisaslardan birində - hətta iş yerindən və ya təhsildən arayış olmadan işləyən əcnəbilərin Almaniyaya daxil olmasına icazə verən qanun layihəsi hazırlanıb.

Beləliklə, Almaniyaya gələn miqrantlar bu ölkədə peşəkar ixtisaslar da əldə edə biləcəklər.

Belə bir qanunun hazırlanması düzgün istiqamətdə atılmış addım olsa da, “lakin bu kifayət deyil”.

Monika Şnitser bildirib bunu.

Yeri gəlmişkən, mayın əvvəlində alman mediası Almaniya hökumətinin qaçqınlar üçün əlavə vəsait ayırmaq üçün federal torpaqlardan imtina etmək planlarını açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə