Gürcüstan parlamenti prezidentin “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoymasını dəf edib. Dəyişikliklər Gürcüstan MSK-nın sədri və üzvlərinin seçilməsi proseduruna aiddir.
SİA-nın əldə etdiyi məlumata görə, prezidentin vetosunun ləğv edilməsinin lehinə 78 deputat, əleyhinə 14 deputat səs verib.
Mövcud qanuna görə, MSK-ya üzv olmaq üçün namizədləri Gürcüstan prezidenti müsabiqə elan etdikdən və namizədlərin seçilməsi ilə bağlı tapşırıq verən komissiya yaratdıqdan sonra parlamentə təqdim edir. “Gürcü arzusu” prezidenti bu prosesdən kənarlaşdırmaq və namizədlər irəli sürmək və onları təsdiq etmək hüququnu Gürcüstan parlamentinə – daha dəqiq desək, qanunverici orqanın sədrinə vermək istəyir.
Beləliklə, artıq bundan sonra namizədlər sadə səs çoxluğu ilə təsdiq olunacaqlar.
Bu o deməkdir ki, qərar hakim partiya tərəfindən veriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB