Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar ertəsi, iyulun 3-də tematik konfransda ilk dəfə olaraq “Vaqner” PMC və Yevgeni Priqojinin üsyanı ilə bağlı açıqlama verib.
Şoyqunun dediyinə görə, guya təxribat silahlı qüvvələrin şəxsi heyətinin sədaqətini poza bilməz.
Bu həmçinin qoşun qruplaşmalarının hərəkətlərinə təsir göstərmir. Rusiya qoşunlarının hərbçiləri təxribata baxmayaraq, onlara tapşırılan vəzifələri həll etməyə davam edirdilər.
Bunu Şoyqu deyib və əlavə edib ki, Priqojinin üsyanı ilk növbədə, Silahlı Qüvvələrimizin şəxsi heyətinin anda və hərbi borcuna sədaqət nümayiş etdirdiyi üçün uğursuzluğa düçar oldu.
Müdafiə nazirinin sözlərinə görə, “Vaqner” PMC və onun rəhbəri Yevgeni Priqojinin iyunun 23-25-də üsyan cəhdi xüsusi hərbi əməliyyat zonasındakı hadisələrin gedişinə təsir göstərməyib, rus hərbçiləri cəsarətlə və fədakarlıqla onlara tapşırılan vəzifələrin həllini davam etdiriblər.
"Mən şəxsi heyətə vicdanlı xidmətlərinə görə təşəkkür edirəm", - Rusiya müdafiə naziri əlavə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin iyunun 24-dəki üsyan cəhdini “qarışıqlıq”dan başqa bir şey olmadığını bildirmişdi.
Xarici işlər nazirinin sözlərinə görə, Rusiya üsyana cəhd və onun ölkədəki daxili vəziyyətə mümkün təsiri ilə bağlı heç kimə izahat verməyə borclu deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB