Yunanıstanın sahil mühafizəsi əməkdaşlarının Türkiyənin ərazi sularına ötürdüyü 84 miqrant xilas edilərək quruya çatdırılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Şimali Egey Sahil Mühafizə Xidmətinin əməkdaşları Çanaqqalanın Ayvacık rayonu sahillərində rezin qayıqlarda miqrantların olduğunu müəyyən etdikdən sonra onlara yardıma gediblər.
Mühafizə xidmətinin “KB-20”, “KB-4304” və “TCSG-6” qayıqları vasitəsilə Əfqanıstan vətəndaşlarından ibarət miqrantların həyatı xilas edilib.
Sahilə çıxarılan 84 nəfər miqrantla bağlı lazımi prosedurlar başa çatdıqdan sonra onlar Ayvacık Miqrasiya İdarəsinə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB