Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmən sahillərində Qırmızı dənizdə böyük ekoloji fəlakətə səbəb olmaq təhlükəsi ilə üzləşən "Safir" neft tankerinin xilasetmə işlərinin birinci mərhələsinin tamamlandığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, BMT 2015-ci ildən Yəmənin Qırmızı dəniz sahillərində lövbər salan "Safir" neft tankerinin “böyük ekoloji fəlakətə səbəb ola bilər" xəbərdarlığını edib və 18 aylıq xilasetmə tədbirləri barədə məlumat verib.
Böhranın həlli üçün 144 milyon dollara ehtiyacın olduğu bildirilən açıqlamada, "neft tankerində araşdırma və qiymətləndirmənin" birinci mərhələsinin tamamlandığı bildirilib.
Açıqlamada “tankerdəki neftin təhlükəsiz şəkildə müvəqqəti gəmiyə daşınması” prosesinin ikinci mərhələdə başlayacağı bildirilib və bu proses üçün 80 milyon dollar tələb olunduğu qeyd edilib.
BMT Yəmənin Qırmızı dəniz sahilində 2015-ci ildən tərk edilmiş tankerdən neft daşımaq üçün çox böyük xam neft gəmisi almağa razılaşıb. Əməliyyatın məqsədi 2015-ci ildən bəri Yəmən sahillərində tərk edilmiş "SAFER FSO" tankerində təqribən 1,1 milyon barel neftin daşınmasıdır.
Bildirilir ki, Yəmənin Ras İsa limanı yaxınlığında lövbər salan və baxımsız vəziyyətdə qalan neftlə dolu tanker çürüməyə davam edir.
Neftin Qırmızı dənizə sıçrama təhlükəsi olsa da, ötən illərdən və su axınlarından asılı olaraq “tankerdən mümkün sızmanın Bab əl-Məndəb boğazından Süveyş kanalına çata biləcəyi” xəbərdarlığı edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB