Makron parlament liderləri ilə görüşəcək

Makron parlament liderləri ilə görüşəcək

Fransa Prezidenti Emmanuel Makron bu gün parlamentin hər iki palatasının liderləri ilə görüşəcək. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, səbəb minlərlə adamın həbs olunduğu və xeyli dağıntılarla nəticələnən beş gecəlik iğtişaşlardan sonra şiddətli etirazların sakitləşməsidir.

Fransanın daxili işlər nazirliyinin yaydığı məlumata görə, polis bazar günü ölkə üzrə 49 nəfəri həbs edib. Bu rəqəmlər bir gün əvvəl 719, cümə günü isə 1300 nəfər olub.

Makron, həmçinin etirazlardan zərər görmüş 220 şəhərin merləri ilə də görüşəcək. Eztirazların sakitləşməsi Paris ətrafında polis tərəfindən öldürülən 17 yaşlı Nahelin nənəsinin sakitlik çağırışından sonra baş verib.

Qurbanın nənəsi Nadia adlı qadın BFMTV-yə deyib: "İğtişaşları dayandırın, məhv etməyi dayandırın. Mən iğtişaş törədənlərə deyirəm: pəncərələri sındırmayın, məktəblərə və avtobuslara hücum etməyin. Dayanın. O avtobuslara minən analardır”.

O, həmçinin qeyd edib ki, əasən azyaşlılar olan iğtişaşçılar Naheldən bəhanə kimi istifadə edirdilər: “Biz hər şeyin sakitləşməsini istəyirik”.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə