Yaponiyada partlayış olub - 4 yaralı var

Yaponiyada partlayış olub - 4 yaralı var

Yaponiyanın paytaxtı Tokionun mərkəzi hissəsindəki binalardan birində partlayış baş verib. SİA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə Minato şəhərinin mərkəzi ərazisində, Şimbaşi qatar stansiyası yaxınlığında baş verib. Hazırda orada yanğın başlayıb, ən azı 5 yanğınsöndürmə briqadası hadisə yerində işləyir. Şahidlərin sözlərinə görə, partlayışdan əvvəl binadan qaz iyi gəlirmiş.

Xilasedicilər bildiriblər ki, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Yerli sakinlərdən hadisə yerinə yaxınlaşmamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə