“Makron nə fransız xalqını, nə də Fransanı sevir“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Fransada baş verən hadisələr gözlənilən idi. Çünki Fransa prezidenti Emmanuel Makron ikinci dəfə məhz erməni diasporasının köməyi ilə prezident seçilmişdi. Makron erməni qanı daşıdığına görə də Fransanın daxili işləri ilə maraqlanmaqdansa onu Azərbaycanın işinə qarışmaq maraqlandırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, sarı jiletlilərdən sonra baş verənlər, hazırda Fransada davam edən hadisələr göstərir ki, Makron tezliklə istefaya göndəriləcək: “Onun başqa bir yolu yoxdur. Onsuz da Makron nə fransız xalqını, nə də Fransanı sevir. Makron da məhz Paşinyan kimi siyasətdən uzaq bir adamdır.
Fransa qoca Avropanın diplomatik sükanını əlində saxlayan bir dövlətdir. Makron isə bu dövləti pis vəziyyətə saldı. Yaşanan hadisələr də bir daha Makronun öz işini görə bilmədiyini təsdiq edir. Hazırda ölkə elə bir vəziyyətdədir ki, vaxtından qabaq prezident seçkiləri keçiriləcək, Makronun hakimiyyətdə qalma ehtimalı çox aşağıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB