Hakkarinin Cilo dağları və Sat Buzlaq Gölləri Milli Parkında festival

Terrordan təmizlənən və Türkiyə Prezident Aparatının göstərişi ilə milli park edilən bu yerdə təşkil olunan festival ikinci günündə də keçirilən müxtəlif tədbirlərlə davam edib
Hakkarinin Cilo dağları və Sat Buzlaq Gölləri Milli Parkında festival

Türkiyənin Hakkari rayonunda 4135 metr yüksəklikdə olan Cilo dağları və Sat Buzlaq Gölləri Milli Parkında 2 gündə festivala 20 min adam gəldi. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Terrordan təmizlənən və Türkiyə Prezident Aparatının göstərişi ilə milli park edilən bu yerdə təşkil olunan festival ikinci günündə də keçirilən müxtəlif tədbirlərlə davam edib.

Hakkari valiliyinin təşkilatçılığı və müxtəlif qurumların dəstəyi ilə keçirilən festivala hakkarililərlə yanaşı, ölkənin hər yerindən adamlar qatılıb.

Festival iştirakçıları qurduqları çadırlarda düşərgə salıblar.

Alpinistlər və təbiətsevərlər gölün sahilində səhər yeməyi yeyib, Sat Buzlaq Gölləri milli parkının qarşısında trekking, kano, raftinq, yamac paraşütü, üzgüçülük və dağ velosipedi kimi fəaliyyətlər göstəriblər.

Səslənən musiqinin sədaları altında festival iştirakçıları halay da çəkiblər.

Türkiyə və xaricindən gələn qonaqlar Hakkarinin təbii gözəlliklərinə heyran qalıblar.

Bölgədə bənzər festivallar davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə