Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərblə qarşıdurmanın qaçılmaz finalını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində danışıb.
“Bu gün hətta Kiyev rejiminin daşqalaq edilmiş liderləri də etiraf ediblər ki, münaqişə vəziyyətində onları alyansa qəbul edilməyəcəkərlər” –yazan Medvedevin sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, Ukraynadakı münaqişə daimi xarakter ala bilər. “Axı, bu, Rusiyanın mövcudluğu məsələsidir”.
Medvedevin fikrincə, Rusiyanı parçalamaq mümkün olmadı və ona qarşı cəbhə uğursuz oldu.
“Və bu siyasətlə bağlı deyil, strategiya ilə bağlı deyil, hətta taktika ilə bağlı da deyil. Sadəcə, sonun yaxınlaşmasıdır. Vaxt yetişdi” –deyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini həmin məqalədə nüvə apokalipsisini mümkün və ehtimal adlandırıb.
O, eyni zamanda nüvə qışının gəldiyi dünyanı qələbə kimi qiymətləndirməyin olmayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB