“Döyüşlərin dinamikası belə davam etsə, tezliklə Baxmutu geri alacağıq...”

“Döyüşlərin dinamikası belə davam etsə, tezliklə Baxmutu geri alacağıq...”

...Baxmut istiqamətində cəbhədə vəziyyət nikbin və müsbətdir. Artıq bir aydır ki, davamlı irəliləyiş var.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Terra” kəşfiyyat bölməsinin komandiri Nikolay Voloxov telemarafonun efirində bildirib.

...Son bir ayda haradasa irəliləyişə nail olmaqdayıq. Ukrayna torpaqlarının düşməndən azad edilməsi, itirilmişlərin yenidən geri qytarılması artıq başlayır. Ona görə də hər şey kifayət qədər müsbət və nikbindir.

Bunu deyən Voloxov, hansısa qələbədən danışmağın hələ ki, tez olduğunu etiraf etsə də, lakin dinamikanın eyni şəkildə inkişaf etməyə davam edəcəyi təqdirdə, o zaman Baxmutun tezliklə Ukraynanın nəzarəti altına qayıdacağına əminlik bildirib.

“...Toqquşmaların xarakteri çoxlu piyada döyüşləridir, lakin son zamanlar həm bizim tərəfdən, həm də düşmən tərəfdən tanklar çox cəlb olunur. Əgər bundan əvvəl yalnız piyadaların olduğu dövr olubsa, indi düşmən aktiv şəkildə texnika nümayiş etdirir.Bu, bizim üçün yaxşı əlamətdir, çünki bu, onların əllərində olanların öhdəsindən gələ bilmədiklərini və ehtiyatları çıxarmaq lazım olduğunu göstərir”. – deyə kəşfiyyat bölməsinin komandiri bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə