Bunların da elə yalandan “dırılladmaqları” var...

Papanın elçisi Vatikanda hələlik Ukrayna ilə bağlı sülh planının olmadığını deyib
Bunların da elə yalandan “dırılladmaqları” var...

...Vatikanın hələ ki, Ukrayna üzrə danışıqların başlanmasını asanlaşdıra biləcək sülh planı yoxdur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Il Resto del Carlino” qəzetinin məlumatına görə, bunu bu yaxınlarda Moskvaya səfər edən kardinal Matteo Zuppi deyib.

Onun sözlərinə görə, Papa Fransisklə birlikdə yaxın günlərdə eşitdiklərini nəzərdən keçirəcəklər. Hələlik Vatikanın danışıqların başlanmasını asanlaşdıra biləcək heç bir planı yoxdur.

Xatırladaq ki, bundan bir müddət əvvəl kardinal Zuppi Bolonya arxiyepiskopu və İtaliya Yepiskop Konfransının prezidenti ilə birlikdə Roma Papası Fransiskin elçisi kimi Moskvaya səfər etmişdilər.

O, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, eləcə də Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ilə görüşüb.

...Və axırı nə oldu?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə