İran İsveçə yeni səfir göndərilməsini dayandırdı, çünki…

H.Ə.Abdullahiyan “twitter” hesabından mövzu ilə bağlı yazılı belə bildirib...
İran İsveçə yeni səfir göndərilməsini dayandırdı, çünki…

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qurani-Kərimin yandırılmasına cavab olaraq İsveçə yeni səfir göndərilməsini dayandırdıqlarını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Abdullahiyan “twitter” hesabından mövzu ilə bağlı yazılı belə bildirib: “Qurana qarşı bu hörmətsiz cəhdə həvəsləndirici icazə verildiyi üçün İsveçə səfir göndərilməsi işi dayandırılıb”.

Qeyd edək ki, bu yaxınlarda Əhməd Məsumiferin yerinə İranın İsveçdəki yeni səfiri Hüccətullah Fəqani təyin edilib.

Xatırladaq ki, İraq əsilli Salvan Momika İsveçin paytaxtı Stokholmda məscidin qarşısında iyunun 28-də polisin mühafizəsi altında Quranı yandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə