“Vaqner” PMC muzdlu qəbulunu dayandırıb

“Vaqner” PMC muzdlu qəbulunu dayandırıb

“Vaqner” PMC ilə əlaqəli Telegram kanalları muzdluların işə qəbulunun bir ay müddətinə dayandırılması ilə bağlı mesajlar dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, dayandırmaya səbəb Ukrayna ilə müharibədə “müvəqqəti iştirak etməmək” və şirkətin Belarus Respublikasına köçürülməsi olub.

İyunun 23-24-də “Vaqner” PMC-nin üsyanından sonra muzdlular üçün işə qəbul mərkəzləri bağlanmağa başlayıb. Rusiya şəhərlərinin küçələrindən PMC-lərdə işə qəbul üçün elanlar olan reklam lövhələrini sökməyə başlayıblar.

Məlum olduğu kimi, Aleksandr Lukaşenko PMC-lərə Belarus Respublikasına köçməyi təklif edib.

Bu arada araşdırmaçı jurnalistlərin məlumatına görə, “Vaqner” düşərgəsi Ukrayna ilə sərhəddən təxminən 200 kilometr aralıda, Mogilev vilayətində tikilir.

...Amma maraqlıdır, BBC, “Vaqner” PMC-nin Ukrayna ilə müharibəyə göndərilmək üçün insanları işə götürməyə davam etdiyini yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə