Fransanın şimalındakı on kommunanın hakimiyyəti iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edib. Yerli BFMTV telekanalının verdiyi məlumata görə, komendant saatı Lill, Dinant, Krua, Rubaix və digər şəhərlərdə fəaliyyətə başlayıb.
Telekanalın məlumatına görə, komendant saatı yerli vaxtla 20:00-dan 22:00-a kimi iki saat fəaliyyət göstərəcək. Və bu bütün sakinlərə, həm də yalnız yetkinlik yaşına çatmayanlara şamil ediləcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu cür məhdudiyyətlər həmçinin Parisin bir sıra şəhərətrafı qəsəbələrində və digər bölgələrdə, xüsusən də Darnetal kommunasında da tətbiq edilir.
Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Parisətrafı qəsəbələrdə 17 yaşlı yeniyetmənin polis əməkdaşlarının əli ilə öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub. Nəticədə etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. İyunun 29-na keçən gecə nümayişçilər avtomobilləri yandırıb, vitrinləri sındırıb, polislərə hücum ediblər.
Bu gün səhər saatlarında Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar, bazar ertəsi, iyulun 3-də ölkə boyu şəhər meriyası qarşısında mitinqlər keçiriləcəyini və bu aksiyalarda vətəndaşların guya iğtişaşlara qarşı çıxacaqlarını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB