Aerodroma hücum olub?

Krasnodar diyarında Primorsko-Axtarskdakı hərbi aerodrom yaxınlığında partlayış baş verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “93.ru” portalı və teleqram kanalları xəbər yayıb.

“Baza”nın məlumatına görə, partlayış aerodromdan 200 metr aralıda baş verib. “93.ru” portalının yazdığına görə, partlayış nəticəsində 10 metr diametrli olan çökəklik yaranıb ki, bu da mütləq dron hücumuna bənzəmir.

“Mash” ilkin məlumatlara istinadən aerodrom ərazisindəki yanacaq-sürtkü materialları anbarına hücuma cəhd olunduğunu yazır.

Telegram kanalının məlumatına görə, raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bu arada Krasnodar diyarının qubernatoru ölən və yaralananların olmadığını, yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəymədiyini bildirib.

Qubernator dəqiq nə baş verdiyini açıqlamasa da, o, hadisənin səbəblərinin araşdırıldığını qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə