Baxmut istiqamətinin cənub cinahında Ukraynanın müdafiə qüvvələri irəliləyir, həmçinin Berdyansk və Melitopol istiqamətlərində də tədricən irəliləyiş var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazir müavini Anna Malyar danışıb.
Onun sözlərinə görə, şərqdə düşmən Avdeyevski, Maryinski, Limanski istiqamətlərində irəliləməyə cəhd göstərsə də amma onlar üçün elə də yaxşı deyil.
Malyar, Svatov istiqamətində şiddətli döyüşlər getdiyini bildirib.
...Baxmut istiqamətində: cənub cinahında irəliləyirik, qismən uğur qazanırıq, şimal cinahda döyüşlər davam edir. Düşmən ora iki hava hücumu alayını yerləşdirib.
Bunları nazir müavini bildirib.
Onun sözlərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri gərgin mübarizə aparır. Hazırda tədricən də olsa Berdyansk və Melitopol istiqamətlərində irəliləyirik.
...Qoşunlarımız düşmənin şiddətli müqaviməti ilə üz-üzədir. Ruslar bu istiqamətlərdə ehtiyat köçürmələrindən yararlanmağa çalışsalar da amma biz irəli getməkdə israrlıyıq.
Bunu da Malyar vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB