İtkin düşən qızcığazın meyiti tapılıb

İtkin düşən qızcığazın meyiti tapılıb

...O gün Orenburq yaxınlığında itkin düşən qızcığaz ölü tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın region üzrə İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, 5 yaşlı qızcığaz iyunun 30-da yoxa çıxmışdı. Onun başına nə gələ biləcəyi hələ də bəlli deyil. Ürəyi parçalanan körpənin anası qızının artıq dünyanı xüsusi qavrayışa malik olduğunu etiraf edib.

Qeyd edilir ki, bu, həmin ərazidə ikinci xüsusi uşağın yoxa çıxması hadisəsidir.

Onu da qeyd edək ki, itkin uşağı axtaran Kkönüllülər meşədə bir yerdə toplanmış qəribə oyuncaqlara rast gəliblər. Bu hətta könüllülər arasında da qorxuya səbəb olub.

Hələ ki, ilkin versiyaya görə rayonda manyakın fəaliyyət göstərdiyi ehtimal olunur. Amma bu hələ təsdiqini tapmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Sonda bildirək ki, körpənin meyiti Samara çayının sahilində tapılıb. Ölümün səbəbi isə hələ ki, müəyyən edilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə