ABŞ prezidenti Cozef Bayden iyulun 9-dan 13-dək Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Londonda Bayden ölkələr arasında ikitərəfli münasibətləri daha da gücləndirmək üçün Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlz ilə görüşmək niyyətindədir.
Bundan sonra Amerika lideri iyulun 11-12-də NATO-nun 74-cü Sammitində iştirak etmək üçün Litvaya gedəcək. Bayden daha sonra ABŞ-Skandinaviya liderlərinin zirvə görüşü üçün Helsinkiyə səfər edəcək.
Xatırladaq ki, daha əvvəl Bayden İsveçin baş naziri Ulf Kristerssonun Vaşinqtona səfərini gözlədiyi bildirildi.
Deyilənlərə görə, onların NATO məsələləri ilə bağlı iyulun 5-nə planlaşdırılan danışıqları olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB