Bu arada Qrenobl məhkəməsi iğtişaşlarda iştiraka görə ilk hökmləri çıxarıb.
Beləliklə, “France Info”nun məlumatına görə, üç nəfərə üç aydan dörd aya qədər həbs cəzası verilib.
Kütləvi informasiya vasitələri onların hamısının küçə iğtişaşları zamanı quldurluğa cəhd etdiklərinə görə cəzalandırıldığını qeyd edir.
SİA-nın əldə etdiyi məlumata görə, bir neçə gündür ölkədə iğtişaşlar davam edir. Gənclər avtomobilləri, polis və yerli hakimiyyət orqanlarının binalarını yandırır, bankları, mağazaları qarət edirlər.
Bu günə qədər 2,4 minə yaxın insan saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır. Etirazlar 17 yaşlı gəncin Parisin Nanter qəsəbəsində yolda yoxlama apararkən polis əməkdaşları tərəfindən öldürülməsindən sonra başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, gənc onların tələblərini yerinə yetirməkdən imtina edib.
Bu arada etirazçıların Fransanın L'Ail-le-Rose şəhərinin merinin evinə hücum etdikləri məlum olub. Hücum nəticəsində onun həyat yoldaşı və uşağı yaralanıb,
Bunu mer Vincent Jeanbrune özü sosial şəbəkələrdə bildirib. Bnunla bağlı prokurorluq qətlə cəhd faktı ilə bağlı da araşdırmalara başlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB