Yadınızda olar, 8 il əvvəl Putin “Vaqner”ə pul vermədiklərini deyirdi...
...Biznesmen Yevgeni Priqojin tərəfindən təsis edilən “Vaqner” PMC hökumətlə müqavilə əsasında demək olar ki, 860 milyard rubl alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya dövlət televiziyasının aparıcısı Dmitri Kiselev “Rossiya 1” kanalının “Vesti Nedeli” proqramında bildirib.
Bundan əlavə, Kiselyovun sözlərinə görə, digər müqavilələrə əsasən Priqojinin “Concord” holdinqinə 845 milyard rubl dəyərində xidmətlər göstərilib.
“Bu, o demək deyil ki, onlar bu qədər çox qazanıblar, amma yenə də biznesin miqyasından və ambisiyaların miqyasından danışır”.
Qeyd edək ki RİA Novosti bunu Kiselyovdan sitat gətirir.
Maraqlıdır ki, Priqojinin strukturları bu pulu hansı dövr üçün aldıqlarını Kiselyov açıqlamayıb.
Xatırladaq ki, prezident Vladimir Putin iyunun 27-də, Priqojin və onun PMC muzdlularının qiyamından bir neçə gün sonra, bu hərbi şirkətin tamamilə dövlət tərəfindən maliyyələşdirildiyini etiraf etdi.
Bunda əlavə o, son bir il ərzində Priqojinin Rusiya hakimiyyət orqanlarından 86 milyard rubldan çox vəsait aldığını da dilə gətirib.
Bundan əlavə, Putinin sözlərinə görə, Priqojinin “Concord” şirkəti “Voentorq” vasitəsilə hərbçiləri ərzaqla təmin etməklə bir il ərzində 80 milyard rubl qazanıb. Həmçinin sığorta ödənişlərinə 110 milyard rubldan çox vəsait xərclənib. Rusiya prezidenti eyni zamanda hakimiyyətin “Concord”un qazancı ilə məşğul olmaq niyyətində olduğunu bildirib və bu iş zamanı heç kimin heç nə oğurlamadığına və ya “az oğurlamadığına” “ümid etdiyini” bildirib.
Yeri gəlmişkən, iyulun 2-də Rusiya Müdafiə Nazirliyi “Concord” ilə qida tədarükü müqaviləsini ləğv etdiyi barədə məlumat yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB