Belarus səfirliyinin binasına hücum edilib

Belarus səfirliyinin binasına hücum edilib

Niderlandda bir nəfər Belarus səfirliyinin binasına ziyan vurub. O, binanı rəngləyib, pəncərələri sındırıb.

Bu barədə SİA “Omroep West”ə istinadən xəbər verir.

Hadisə iyulun 2-nə keçən gecə Haaqa şəhərində baş verib. Naməlum şəxs pəncərələri sındıraraq səfirliyin binasını rəngləyib.

Niderlandın hüquq-mühafizə orqanlarının əməkdaşları səfirliyə ziyan vuran şəxsi saxlayıb. Polis ərazini mühasirəyə alıb və araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə