Ekstazidən müalicə üçün istifadəyə icazə verilib

Ekstazidən müalicə üçün istifadəyə icazə verilib

Avstraliya dünyada posttravmatik pozğunluq və depressiyanın müalicəsi üçün psixoaktiv maddələrdən istifadəni leqallaşdıran ilk ölkə olub.

SİA-nın xəbərinə görə, bu barədə Avstraliya Müalicəvi Mallar İdarəsi (TGA) məlumat yayıb.

Qeyd edilib ki, lisenziya alan psixiatrlar iyulun 1-dən tərkibində metilendioksi-metamfetamin (ekstazi) və ya psilosibin olan dərmanlar təyin edə bilərlər.

Ancaq digər hallarda bu maddələr qadağan edilən narkotik maddələr sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə