Budur, Rusiyanın “Azimut” və “Gürcüstanın Gürcüstan Hava Yolları” Moskva ilə Tbilisi arasında uçuşların tezliyini artırıblar.
İndi əvvəl razılaşdırılmış həftədə yeddi uçuş əvəzinə rusların “Azimut”u 14, yəni gündə iki uçuş həyata keçirəcək. ...Elə bilirsiniz ruslar sabah “Gürcüstan Hava Yolları”nı öz qrafikinə, yəni onları da gündə 14 uçuş həyata keçirməyə razı salmayacaqlar?
SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, may ayından Rusiyaya gündəlik uçuşlar həyata keçirən “Georgian Airways” Tbilisi-Moskva-Tbilisi tezliyi ilə həftədə üç reys əlavə edir.
Doğrudur, aviaşirkət bu barədə sosial mediada açıqlama verməyib, lakin saytlar bazar ertəsi, cümə axşamı və bazar günləri yerinə yetiriləcək əlavə reyslər üçün bilet satışına başlayıblar.
Beləliklə, Moskva və Tbilisi arasında uçuşların tezliyi həftədə 24 reysə çatdırılır.
Bilirsiniz, çətini...bu artıq bizlik deyil.
Amma xatırladaq ki, “Georgian Airways” artıq rusiyalılara Avropaya tranzit uçuşlar təklif edir.
Yeri gəlmişkən, iyulun 1-də Rusiyaya uçuşlar təşkil etdiyinə görə, Ukrayna “Georgian Airways”a qarşı sanksiyalar tətbiq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB